İsrail hərbçiləri Yəməndən uçan pilotsuz təyyarənin ölkənin hava məkanına yaxınlaşdığını aşkar ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Məlumata əsasən, cihazın mövcudluğu ölkənin cənubundakı Eylat şəhəri ərazisində qeydə alınıb.
Şübhəli hədəfə doğru raket atılıb.
Ölən və yaralananlar barədə məlumat verilməyib.