AZ

Ukrayna ATACMS-la Taqanroqdakı hərbi aerodromu vurdu

“Rusiya Ukrayna Silahlı Qüvvələrinin Amerikanın ATACMS uzaqmənzilli ballistik raketləri ilə  Taqanroqdakı hərbi aerodroma endirdiyi zərbəni cavabsız qoymayacaq”.

KONKRET.az aif.ru-ya istinadən xəbər verir ki, bunu dekabrın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “İcazə verin, Müdafiə Nazirliyinin dünənki bəyanatını xatırladım. Bəli, qarşı tərəfə mütləq cavab  veriləcək. Nə vaxt uyğun hesab edilərsə o vaxt həyata keçiriləcək. Amma bu, mütləq olacq”, -deyə Peskov bildirib.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri Taqanroq hava limanını Amerika raketi ilə vurub. Hava limanına 6 raket atılıb, onlardan ikisi vurulub. Qalan dördü isə hədəflərindən yayındırılıb. Raketlərin qəlpələri hava limanının ətrafındakı iki texniki binaya, üç hərbi maşına və bir neçə mülki şəxsə ziyan vurub. Çoxlu sayda yaralı  var.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr