AZ

Abxaziyada Qafqazın ən böyük su elektrik stansiyası fəaliyyətini bərpa edib.




Abxaziyada İnquri Su Elektrik Stansiyası (SES) fövqəladə dayanmadan sonra bərpa edilib. “Çernomorenerqo” şirkətindən RİA Novosti-yə bildiriblər ki, indiyədək SES-ə daxil olan su Abxaziyanı sutkada 2 saat 48 dəqiqə elektrik enerjisi ilə təmin etməyə kifayət edir.Bir gün əvvəl, dekabrın 11-də bütün Abxaziyada elektrik enerjisinin verilişi dayanıb. “Çernomorenerqo” bildirib ki, İnqur SES-in fövqəladə dayandırılması stansiyanın su anbarında suyun səviyyəsinin kəskin aşağı olması və onun kifayət qədər axınının olmaması səbəbindən baş verib. İnquri su elektrik stansiyası Qafqazda ən böyüyüdür; onun bəndi Gürcüstan hakimiyyətinin nəzarətində olan ərazidə yerləşir.
Suxum və Abxaziyanın qərb hissəsi əsasən Rusiyadan gələn axınlar hesabına elektrik enerjisi ilə təmin edilirdi. Dekabrın 12-də günortadan sonra “Çernomorenerqo” İnqur SES-in fəaliyyətinin bərpa olunduğunu bildirib. Suyun səviyyəsi bir qədər yüksəldikdə stansiya avtomatik olaraq işə qayıdıb.

“Stansiya axınla işləyir. Hazırda bu, kiçikdir, respublikanı sutkada cəmi 2 saat 48 dəqiqə elektrik enerjisi ilə təmin etmək kifayətdir”, - deyə şirkətdən vurğulanıb.“Çernomorenerqo” əlavə edib ki, saat 21:00-dan 7:00-a qədər elektrik enerjisi Rusiya Federasiyasından axınla gəlir. RİA Novosti qeyd edir ki, elektrik enerjisi axını Abxaziyaya hər gün 15 milyon rubla başa gəlir. Bu pul 2024-cü ilin büdcəsinə daxil edilməyib, yerli hakimiyyət orqanları fövqəladə tədbirlərə əl atır və elektrik enerjisinə qənaət etmək üçün elektrik kəsilməsi tətbiq edir.

aia.az
Tərcümə şöbəsi



phrase_var_article.chosen
22
aia.az

1phrase_var_article.sources