AZ

Ümummilli Liderin İstanbulda ucaldılmış abidəsi ziyarət olunub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Ulu Öndərin İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkındakı abidəsi ziyarət olunub.

Hafta.az xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədrinin müavini Meltem Yücel Pir, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimiz, Sarıyer bələdiyyəsinin, konsulluğun və Azərbaycanın dövlət qurumlarının Türkiyədəki təmsilçiliyinin əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, media və QHT-lərin nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən baş konsul Nərminə Mustafayeva və Meltem Yücel Pir

Ümummilli Liderin Türk dünyasında, eləcə də Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında, Azərbaycanın yenidən qurulmasında əvəzsiz xidmətləri, Heydər Əliyev irsi, onun başlatdığı siyasi yol haqqında danışıblar.

Çıxış edənlər bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan şanlı Qarabağ Zəfərini vurğulayıblar.

Anım tədbirində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri qoyulub.

Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.

Seçilən
0
1
hafta.az

10Mənbələr