AZ

"Kiyevin Taqanroqu vurması Trampın planlarına zərbə oldu" -Devis

Ukrayna hərbçilərinin Taqanroqa zərbə endirməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın münaqişəni həll etmək planlarına zərbə vura bilər. Bunu ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Devis X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Tramp Ukrayna üçün ən əlverişli şərtlərlə müharibəni sona çatdırmaq istədiyi bir vaxtda, Bayden administrasiyası Ukraynanın Rusiyaya uzunmüddətli zərbə endirməsinə icazə verməsi ilə nə etmək istəyir?”,- o yazıb.

Devisin sözlərinə görə, Rusiya tərəfi dəfələrlə xəbərdarlıq edib ki, Ukraynanın ölkə ərazilərinə  vurduğu zərbələrinə uzaqmənzilli silahlarla cavab verəcək. O əlavə edib ki, Kiyevin məlum zərbəsinin hərbi faydası sıfıra bərabərdir və yalnız münaqişəni gərginləşdirmək potensialı daşıyır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Seçilən
7
news365.az

1Mənbələr