AZ

Peskov hədələdi: Cavabsız qalmayacaq

Taqanroq aerodromuna edilən hücum cavabsız qalmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb.

Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Peskov, Rusiya Müdafiə Nazirliyinin hücumla bağlı yaydığı bəyanatı bir daha xatırladıb.

Peskov bildirib ki, qarşı tərəfə ən uyğun zaman və qaydada mütləq cavab veriləcək.

Qeyd edək ki, ötən gün Rusiyanın Rostov vilayətinin Qara dəniz sahilində yerləşən Taqanroq şəhərinin ATACMS raketləri ilə atəşinə tutulması nəticəsində sənaye müəssisəsinə ziyan dəyib.

Rusiya Müdafiə Nazirliyi bununla bağlı müvafiq tədbirlərin görüləcəyini açıqlayıb.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
7
teleqraf.com

1Mənbələr