AZ

Türkiyənin İraqa elektrik avadanlıqları ixracı 21,3 % artıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İraqa elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrünə nisbətən 21,3 faiz artaraq 715 milyon 433 min 68 dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirliyin açıqlamasına görə, cari ilin noyabr ayında Türkiyə İraqa 85 milyon 656 min 79 dollar dəyərində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 3,5 faiz artım deməkdir.

Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya üzrə elektrik avadanlıqları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq, 15 milyard 205 milyon 762 min dollar olub.

Noyabr ayında Türkiyə dünya bazarlarına 1 milyard 455 milyon 476 min dollar dəyərində elektrik avadanlıqları ixrac edib ki, bu, keçən ilin noyabr ayına nisbətən 5,2 faiz çoxdur.

Son 12 aylıq dövrdə (noyabr 2023 – noyabr 2024) isə Türkiyənin elektrik avadanlıqları ixracı 16 milyard 637 milyon 297 min dollar təşkil edib.

Fuad Mədətov
Fins.az

Seçilən
14
12
fins.az

10Mənbələr