Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 2025-ci ildə keçiriləcək bayramlarla bağlı qərar verib.
KONKRET.az-ın xəbərinə görə, Dövlət qurumlarının açıqlamasına görə, 2025-ci ildə aşağıdakı bayram günləri iş günü hesab olunmayacaq və bu günlər rəsmi tətil olacaq:
Novruz bayramı 20, 21, 22, 23 və 24 mart tarixlərində qeyd olunacaq. Ramazan bayramı isə 30 və 31 mart tarixlərində qeyd ediləcək. Qurban bayramı isə 6 və 7 iyun tarixlərində olacaq.
Qeyd edək ki, 2025-ci ilin bu mühüm bayram günlərində ölkədə yalnız iş yerlərində deyil, həmçinin təhsil müəssisələrində də fəaliyyətlər dayandırılacaq. Şagirdlər və müəllimlər üçün bu tətil günləri istirahət baxımından önəmli olacaq. Beləliklə, 20, 21, 22, 23, 24, 30 və 31 mart, 6 və 7 iyun tarixlərində təhsil müəssisələrində tətil olacaq./ajansaz