AZ

Uşaqlar böyüklərlə eyni cəzanı ÇƏKƏCƏK

Avstraliyada qəbul edilən yeni qanuna görə, 10 yaşındakı uşaqlar belə qətl, ağır hücum və oğurluq kimi cinayətlərə görə məhkum olunduqları halda, böyüklər ilə eyni cəzaya məruz qala bilərlər.

Redaktor.az xəbər verir ki, bu sərt cəza qaydalarının gənclər tərəfindən törədilən cinayətlərə, ictimai qəzəbə cavab olaraq tətbiq edilib və çəkindirici təsir göstərəcək.

Lakin ekspertlər bildirirlər ki, daha ağır cəzalar gənclər cinayətlərini azaltmır, əksinə, artıra bilər.

Birləşmiş Millətlər Təşkilatı bu islahatların uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalara zidd olduğunu və insan hüquqlarını pozduğunu bəyan edib.

Yeni qanunlara görə, hakimlərin yetkinlik yaşına çatmayanlar üçün cərimə və ya ictimai işlər kimi alternativ sanksiyalardan istifadə etməsi tələbi də aradan qaldırılır.

Türkan İSGƏNDƏRLİ 

 

phrase_var_article.chosen
9
redaktor.az

1phrase_var_article.sources