AZ

“İran Suriyadakı reallıqları qəbul etməlidir” - SEPAH komandanı

“İran Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra bu ölkədəki həqiqətləri qəbul etməli və buna uyğun hərəkət etməlidir”.

Missiya.Az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Hüseyn Səlami deyib.

O, bilirib ki, İran Suriyaya həqiqətən gecə-gündüz bacardığı qədər kömək etməyə çalışırdı.

“Strategiyalar şəraitə görə dəyişməlidir. Biz durğunluqla və eyni taktikadan istifadə etməklə çoxsaylı qlobal və regional məsələləri həll edə bilmərik”, - deyə Səlami vurğulayıb.

Onun sözlərinə görə, Suriyada müqavimət xəttini ən son tərk edənlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun oğulları olub.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
31
missiya.az

1Mənbələr