Müasir və müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir. Ulu Öndər Vətənimizin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirməklə tarixdə özünə əbədiyyət abidəsi ucaltmış, zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur.
12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Naftalan ŞİH-nin başçısı, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhər Ağsaqqallar Şurasının sədri və üzvləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.