AZ

ÇL: “Slovan”la “Yanq Boyz” da “Leypsiq”in aqibətini yaşadılar

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL-in 2024/2025 mövsümü) növbəti mərhələ şansını itirən daha iki komanda müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, ÇL-in Liqa mərhələsinin 6-cı turunun oyunlarından sonra bəlli olub.

İspaniyada “Atletiko”ya 1:3 hesabı ilə məğlub olan Slovakiyanın “Slovan” (Bratislava) klubu və Almaniyada “Ştutqart”a 1:5 hesabı ilə yenilən İsveçrənin “Yanq Boyz” kollektivi Liqa mərhələsi ilə vidalaşıb.

Bütün görüşlərdə uduzan komandalar müvafiq olaraq 35 və 36-cı pillələrdə qərarlaşıblar. Bu kollektivlər son oyunlarında qələbə qazansalar da, ÇL-i tərk edəcəklər.

Xatırladaq ki, daha əvvəl Almaniyanın “Leypsiq” komandası da növbəti mərhələ şansını itirmişdi. Bir gün öncə İngiltərənin “Aston Villa” klubuna uduzan (2:3) “Leypsiq” yarışı vaxtından əvvəl tərk edəcək ilk komanda olmuşdu. Almaniya təmsilçisi geridə qalan 6 oyunun hamısında uduzmaqla hazırda bütün iştirakçılar arasında ən pis göstəriciyə malik üç komandadan biridir.

Seçilən
8
9
arena.az

10Mənbələr