Gürcüstanın Baş naziri İrakli Kobaxidze vəzifəsini tərk etməyə hazırlaşır.
Korrespondent.az bildirir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Qeyd olunub ki, artıq hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili müvafiq qərarı qəbul edib.
İvanişvilinin Makronla telefon danışığının da Kobaxidzenin istefasını sürətləndirəcəyi qeyd olunub.