AZ

Çeçenistanda polis binası vuruldu, Kadırov QİSAS alacağına söz verdi

Xəbər verdiyimiz kimi, Çeçenistanın paytaxtı Qroznı şəhəri dronların hücumuna məruz qalıb. Bu barədə yerli Telegram kanalları yazıb.

Bizim.Media xəbər verir ki, dronlar Çeçenistanda Daxili İşlər Nazirliyinin ikinci alayının binasına dəyib. Nəticədə damda böyük dəlik açılıb və alov yüksəlib.


Partlayış yerinə xüsusi xidmət orqanları cəlb edilib.

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarmaları üzərində PUA vurulub. Onun sözlərinə görə, dörd mühafizəçi yüngül yaralanıb, lakin ciddi xəsarət alan olmayıb.


Kadırov dron hücumuna görə Ukraynadan qisas alacağına söz verib.

Bizim.Media

Seçilən
14
24
bizim.media

10Mənbələr