Fins.az, Argentina Statistika Bürosunun məlumatınaistinadən xəbər verir ki, 2023-cü ilin noyabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 2,4% artıb. Bu, 2020-ci ilin iyul ayından bəri ən aşağı aylıq inflyasiya səviyyəsi olub. Açıqlanan məlumat bazar gözləntisi olan 2,8%-dən aşağı qalaraq iqtisadçıları təəccübləndirib.
İllik inflyasiya isə 166% olaraq açıqlanıb. Oktyabr ayında 193% olan illik inflyasiyanın 167%-ə enməsi gözlənilirdi. Hökumətin büdcə proqnozlarına əsasən, 2025-ci ilə qədər illik inflyasiyanın 18%-ə qədər azalması hədəflənir.
Argentina Prezidenti Javier Milei, inflyasiya məlumatlarının açıqlanmasından bir gün əvvəl milli televiziyasında çıxış edərək, hökumətin inflyasiya ilə mübarizədəki qərarlılığını vurğulayıb. Milei, "Aşağı inflyasiya, yüksək iqtisadi artım və davamlı alıcılıq qabiliyyəti məqsədi ilə Argentinalılar üçün daha yaxşı bir ilə giririk" ifadələrini istifadə edib.