AZ

Ankara Esenboğa hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib

Bakı. Trend:

2024-cü ilin noyabr ayında Türkiyənin Ankara Esenboğa HavaLimanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü iləmüqayisədə 8 faiz artaraq, 11 milyon 838 min 182 nəfər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 6 faiz artaraq, 8 milyon 857 min 168nəfər, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 2 milyon 981 min14 nəfər təşkil edib.

2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 115 min 264 tontəşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında havalimanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrüilə müqayisədə 4 faiz artaraq, 71 min 85 ton, beynəlxalq reyslərüzrə yük daşınması isə eyni dövrlə müqayisədə 9 faiz artaraq, 44min 179 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı iləmüqayisədə 4 faiz artaraq, 88 min 963 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz azalaraq, 65min 695, beynəlxalq reyslər üzrə isə 10 faiz artaraq 23 min 268olub.

Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə4 milyon 560 min 816 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.

Seçilən
8
32
az.trend.az

10Mənbələr