AZ

Nazir müavini qazlaşma ilə bağlı son vəziyyəti AÇIQLADI

Azərbaycanda elektrikləşmə, demək olar ki, 100%-dir. Təbii qazla təmin olunma isə 96%-dir.

Bunu Modern.az-a açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

O qeyd edib ki, bütün dünya üzrə göstəricilərə diqqər yetirsək, bu kimi rəqəmləri inkişaf etmiş ölkələrdə tapmaq çətindir.

"Bəzən problemin həll edilməsi üçün çox vəsait lazım olur. Bu vəsait başqa mənbələrdən, bəlkə də sosial siyasətə xidmət edən mənbələrdən ola bilər. Dilemma da burada yaranır. Ucqar bir dağ kəndinin qazlaşdırılması üçün lazım olan vəsaitlə yeni bir kənd sala bilərsiniz. Belə məsələləri həll etmək lazımdır",-nazir müavini deyib.

Seçilən
47
modern.az

1Mənbələr