AZ

Qazi adından istifadə edərək maşını nömrəsiz sürən sürücü - VİDEO

Paytaxtın Nəsimi rayonunda (4-cü mikrorayon ərazisində) avtomobili nömrəsiz idarə edən sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” adresinə videomaterial göndərib. Belə ki, hadisə dekabrın 12-də saat 12:37 radələrində Cavadxan küçəsində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini ön və arxa dövlət nömrə nişanı olmadan idarə edir. İzləyicinin sözlərinə görə, o, avtomobilin  yük yerinin qapağına Vətən müharibəsi iştirakçısı olduğuna dair nişan yapışdırıb. 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına görə 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Nərmin

Seçilən
18
avtosfer.az

1Mənbələr