18 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı-dramaturq Ülviyyə Heydərovanın "İnanıram" monopyesi rejissor Leonid Kletsin quruluşunda təqdim olunacaq.
“Şöhrət” ordenli Xalq artisti Şüküfə Yusupovanın rol aldığı bu psixoloji dramda oğlunu müharibədə itirmiş tənha ananın obrazı canlandırılır.
Dünyanın ümumbəşəri problemi olan müharibə və onun bir qadının taleyinə sarsıdıcı təsirinin obrazlı şəkildə təsvir olunduğu tamaşada həm də xatirələrə sığınan ananın vətən sevgisi, övlad məhəbbəti xüsusi həssaslıqla diqqətə çatdırılır.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı və səs rejissoru Məhəmməd Məmməmdov, videoqrafı Murad Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
visiontv.az