Somali ilə Efiopiya arasında yaranan böhran Türkiyədə həll edilib.
Ulusal.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Somali Prezidenti Həsən Şeyh Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd arasında üçtərəfli görüş keçirilib.
“Somali ilə Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq”, – Ərdoğan bildirib.
Somali və Efiopiya liderləri iki ölkə arasındakı münaqişənin həlli istiqamətində göstərdikləri səylərə görə Türkiyə və Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.
Qeyd edək ki, iki ölkə arasında uzun müddətdir gərginlik davam edirdi.Modern.az