AZ

Ulu Öndər təhsillə həmişə sıx bağlı olan peşəkar siyasətçi idi

“Bəlkə də dünya təcrübəsində elə bir siyasi lider, elə bir dövlət xadimi olmaz ki, Ümumilli lider Heydər Əliyev qədər elmə, təhsilə, elm və təhsil adamlarına, digər yaradıcı ziyalılara bu dərəcədə önəm versin, təhsili həyatımızın ən gərəkli, ən mühüm sahəsi hesab etsin. Bu sahənin milli məqsədlər, milli mənafelər əsasında qurulmasını tövsiyə etsin, gənclərimizin dövlətinə, millətinə, ənələrinə, xalqına sadiq vətəndaş kimi yetişməsinə xüsusi qiqqət və qayğı göstərsin, təhsilimizin gələcəyini qabaqcadan uzaqgörənliklə və dəqiqliklə proqnozlaşdıra bilsin”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov qeyd edib.

 

Ekspert bildirib ki, xalqımız bu günü  Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük ehtiram və minnətdarlıq hissi ilə qeyd edir:

 

“Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir vətəndaşımızın qürur mənbəyinə çevrilmişdir. Bəlkə də dünya təcrübəsində elə bir siyasi lider, elə bir dövlət xadimi olmaz ki, Ümumilli lider Heydər Əliyev qədər elmə, təhsilə, elm və təhsil adamlarına, digər yaradıcı ziyalılara bu dərəcədə önəm versin, təhsili həyatımızın ən gərəkli, ən mühüm sahəsi hesab etsin.

 

Bu sahənin milli məqsədlər, milli mənafelər əsasında qurulmasını tövsiyə etsin, gənclərimizin dövlətinə, millətinə, ənələrinə, xalqına sadiq vətəndaş kimi yetişməsinə xüsusi qiqqət və qayğı göstərsin, təhsilimizin gələcəyini qabaqcadan uzaqgörənliklə və dəqiqliklə proqnozlaşdıra bilsin.

 

Ulu Öndər Heydər Əliyev təhsilin əhəmiyyətindən danışarkən deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşını hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun” Təhsili millətin gələcəyi, müəllimlik sənətini şərəfli bir sənət kimi qiymətləndirən mərhum prezidentimiz deyirdi ki, Azərbaycan müəllimləri ən yüksək mənəviyyata vətəndaşlıq hisslərinə malik olan  insanlardır:  “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".

 

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik"”.

 

Ekspert əlavə edib ki, Ulu Öndər məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olan peşəkar siyasətçi, həm də mahir təhsil bilicisi idi:

 

“Qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün tələskənliyə yol verilməməsi barədə xəbərdarlıq belə etmişdi: “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan…” Dövlət Komissiyası tərəfindən hazırlanmış, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 iyun tarixli 168 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi – “Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” kimi müəyyənləşdirilərkən “Proqram”da Ümummilli liderin belə bir tövsiyəsi rəhbər tutulmuşdu ki, “Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkiledir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmiinkişaf edə bilməzdi. Bunlar olmasaydı,biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik.Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq".

 

Nə yazıq ki, bir ara beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə “xarici təcrübə” axtarışına çıxaraq, harda nə gördük, nə eşitdik, nə oxuduq, yerli şəraitin və dövlət sənədlərinin tələbləri əzərə alınmadan, ümumi ictimai rəy öyrənilmədən təhsilimizə tətbiq etdik. Bir çox hallarda nəzərə almadıq ki, yenilik etmək heç də köhnəni dağıtmaq yox, onu təkmilləşdirməkdir. Bu gün müəllimin nüfuzu əvvəlki nüfuz deyil, yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərdən uzaqlaşması kimi tendesiya müşahidə olunur, təlim-tərbiyə prosesində aşınmalar reallığa çevrilib. Qloballaşmanın milli kimlikdən uzaqlaşmağa yol açan fəsadları özünü qabarıq şəkildə biruzə verir. “Məktəb-valideyn”, “müəllim-şagird”, “yaşlı nəsil-gənc nəsil “qarşıdurması, cəmiyyət üzvləri arasında narazılıq və narahatlıq halları var.

 

Bu gün Ümummilli liderimiz Heydər Əliyevin prinsipial mövqeyi hər kəsin qulağında bir sırğa olmalıdır: “Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək, xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir””.

Seçilən
19
azedu.az

1Mənbələr