AZ

Bütün xəstəxanalarda onlayn növbə sistemi təşkil olunacaq

Yazını böyüt
Yazını kiçilt

"Artıq Bakı və regionlardakı bəzi xəstəxanalarda onlayn növbə sistemi təşkil edilib".

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Qısa müddətdə bütün ölkə üzrə xəstəxanalarda onlayn növbə sistəmi təşkil ediləcək", - deyə o qeyd edib.

Ölkə üzrə epidemioloji vəziyyətlə bağlı sualı cavablandıran Vüqar Qurbanov deyib ki, tibb müəssisələrində epidemioloji vəziyyətlə bağlı təcili tibbi xidmətə müraciətlərdə kəskin artım yoxdur:

"Hazırda kəskin respirator xəstəliklərin yayılması müşahidə olunur. Xəstəxanalara müraciət sayı normal səviyyədədir".

Seçilən
10
9
hafta.az

10Mənbələr