Bu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 38 milyard 412,7 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 21 milyard 776,3 milyon dollarını və ya 56,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 16 milyard 636,4 milyon dollarını (43,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 5 milyard 139,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.
Xarici ticarətdə yaranmış müsbət saldo ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 879,1 milyon, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 18 milyard 318,1 milyon dollar azalıb.
Son beş ildə xarici ticarətdə yaranmış müsbət saldo aşağıdakı kimi olub:
2024-cü il yanvar-oktyabr 5 milyard 139,9 milyon dollar
2023-ci il yanvar-oktyabr 9 milyard 19,0 milyon dollar
2022-ci il yanvar-oktyabr 23 milyard 458,0 milyon dollar
2021-ci il yanvar-oktyabr 7 milyard 986,9 milyon dollar
2020-ci il yanvar-oktyabr 2 milyard 359,4 milyon dollar
Əvəz Həsənov