“CNN International”ın müxbiri Klarissa Vard Suriyadakı Sednaya həbsxanasında reportaj hazırlayarkən təsirli vəziyyətlə üzləşib.
Publika.az xəbər verir ki, çəkiliş zamanı kameralardan birində Əsəd rejiminin süqutundan xəbərsiz bir məhbus tapılıb.
Məhbus örtüyün altında gizlənmiş halda olub. Müxalifətçilərdən biri örtüyü yuxarı qaldıranda onun altında gizlənən məhbus qorxudan “mən mülkiyəm” deyərək əllərini havaya qaldırıb.
Məhbusun sərbəst buraxıldığı anlar kameraya yansıyıb.