AZ

Lukaşenko Belarusda “Oreşnik” raket sisteminin yerləşdirilməsini təmin etməyi tapşırıb

Belarus prezidenti Aleksandr Lukaşenko respublikada Rusiyanın ən yeni “Oreşnik” raket kompleksinin yerləşdirilməsini təmin etməyi və onun istifadəsini düzgün planlaşdırmağı tapşırıb.

Herbiand.az BelTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Pavel Muraveyko bildirib.

Muraveykodan Belarusa dəqiq neçə belə kompleksin çatdırılmasının nəzərdə tutulduğunu soruşduqda, “bunu ancaq Rusiya Federasiyasının prezidenti bilir” cavabını verib.

Bəxtiyar CƏFƏRLİ

phrase_var_article.chosen
37
herbiand.az

1phrase_var_article.sources