AZ

İddia: Rusiyanın qanadlı raket və PUA mühəndisi qətlə yetirildi

Hurriyyet.az xəbər verir ki, jurnalist Aleksandr Nevzorovun "Teleqram" kanalında yerləşdirdiyi məlumata görə, "Mars" Mühəndis Bürosunun baş mühəndisinin müavini Mixail Ştski dekabrın 10-da, Moskvanın Kuzmin meşəsi ərazisində naməlum şəxs tərəfindən öldürülüb.

Nevzorov Şatskinin "X-59 qanadlı raketlərinin X-69 səviyyəsinə qədər modernləşdirilməsi ilə məşğul olduğunu, yeni Pilotsuz Uçuş Aparatı modellərini hazırladığını və minlərlə günahsız ukraynalını ölümündə günahkar olduğunu" yazıb. Nevzorov hadisə yerindən fotoşəkillər paylaşıb. 

Bu informasiya rəsmən təsdiqlənməyib. Qatil gizlənib.

Hürr Tərcüman

2-keaa4.jpg

Seçilən
10
hurriyyet.az

1Mənbələr