Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi Federasiya Şurasının nümayəndə heyəti Qazaxıstanda rəsmi səfərdədir.
News24.az xəbər verir ki, Valentina Matvienko Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə "Rosatom"un respublikada AES-in tikintisində mümkün iştirakını müzakirə edib.
Matvienko həmçinin Qazaxıstan Senatının sədri Maulen Aşimbayevlə görüşüb. Görüşdən sonra 2025-2027-ci illər üçün parlamentlərarası əməkdaşlıq planı imzalanıb.
Qeyd edək ki, Matviyenkonun Qazaxıstan prezidenti ilə söhbəti iki saatdan çox çəkib.
Ağa Dadaşzadə