AZ

Bələdiyyə seçkisi: 3 minə yaxın şəxsin namizədliyi irəli sürülüb

"Bələdiyyə seçkisinə hazırlıq təqvim planına uyğun aparılır"

Korrespondent.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, dünənə olan məlumata görə, yerlərdə 3000 civarında şəxsin bələdiyyə seçkisinə namizədliyi irəli sürülüb: "Artıq onların qeydə alınması prosesinə başlanılıb".

Məzahir Pənahov, həmçinin işğaldan azad olunan ərazilərdə bələdiyyə seçkisinin keçirilməyəcəyini qeyd edib: "Bunun üçün həmin ərazilərdə əhali daimi olaraq yaşayış məntəqələrində məskunlaşmalıdır".

Seçilən
1
1
korrespondent.az

2Mənbələr