Rusiyada miqrant ticarət mərkəzinin 6-cı mərtəbəsindən yıxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Tacikistandan olan 35 yaşlı miqrant Moskvada “Afimall” ticarət mərkəzinin 6-cı mərtəbəsindən yıxılıb.
KİV-in məlumatına görə, o, dostları ilə zarafatlaşıb və salto etmək qərarına gələək, bir mərtəbədən digərinə tullanmaq istəyib. Lakin hərəkət uğursuz olub və o, yerindəcə dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az