Noyabrın 27-də Suriyada Bəşər Əsədə qarşı əməliyyata başlayan müxalifət 12 gün ərzində 61 illik Baas rejimini devirdi.
Suriyanın gələcəyinin necə formalaşacağı böyük maraq doğurur.
News24.az AFP-yə istinadən xəbər verir ki, Suriyanın yeni hökumət sözçüsü 3 aylıq keçid dövründə ölkə konstitusiyası və parlamentinin fəaliyyətinin dayandırılacağını bildirib.
"Konstitusiyanı araşdırmaq və sonra düzəlişləri təqdim etmək üçün məhkəmə və insan hüquqları komitəsi yaradılacaq", - sözçü bildirib.
Günel Məlikzadə