Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında diqqət çəkən təklif irəli sürüb. O, Milad bayramı üçün böyük məhbus mübadiləsi və atəşkəs təklif edib. Rusiya mediası yazır ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
"Federal Təhlükəsizlik Xidməti məhbusların dəyişdirilməsi ilə bağlı təklifimizi Macarıstanın Moskvadakı səfirliyinə təqdim etdi", - Peskov bildirib.
O əlavə edib ki, Ukrayna tərəfinin reaksiyasına əsasən, Kiyev hakimiyyəti təklif olunan təşəbbüsdən imtina edir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural