AZ

Gələn il pensiyalar bu qədər ARTACAQ - RƏQƏMLƏR

2025-ci ildə Azərbaycanda pensiyalar əvvəlki illərlə müqayisədə az artırılacaq. Buna səbəb 2024-cü ildə orta əməkhaqqının artım sürətinin əvvəlki illərlə müqayisədə az olması ilə bağlıdır.

 Sfera.az xatırladır ki, qanunvericiliyə əsasən, hər il pensiyalardakı artım əvvəlki ildə orta əməkhaqqında qeydə alınan artım sürətinə uyğun olaraq baş verir.

 2024-cü ilin yanvar-oktyabr ayları ərzində orta əməkhaqqının artım sürəti göstərir ki, gələn il pensiyalarda artım 8 faizdən az ola bilər. Dövlət Statistika Komitəsinin xəbərinə görə, ilk 10 ayda orta əməkhaqqı 7,8 faiz artıb. Dinamika göstərir ki, ilin sonuna yaxınlaşdıqca, əməkhaqlarında artım sürəti zəifləyir.

 Məsələn, əməkhaqqında artım yanvar-fevralda 10,8 faiz olduğu halda, yanvar-iyunda 8,8 faiz, yanvar-sentyabrda 8 faiz olmuşdu. Bu dinamikaya uyğun olaraq ilin sonunda əməkhaqqında artım sürəti bir qədər də azalaraq 7-7,5 faizə düşə bilər. Belə olan halda gələn il pensiyalar da 7-7,5 faiz artırılacaq.

 Orta əməkhaqqında artım 2023-cü idə 11,1 faiz, 2022-ci ildə 14,7 faiz olmuşdu. Gələn il bu illərlə müqayisədə pensiyalar daha az artırılacaq.


Telegram kanalımız
Seçilən
3
3
yenisabah.az

4Mənbələr