AZ

Türkiyədə məktəbdə zəhərlənmə səbəbindən 37 şagird xəstəxanaya yerləşdirilib

Türkiyədə

Türkiyənin Aydın vilayətində məktəbdə tənəffüs zamanı yeməkxanadan aldıqları toyuqlu makaron yeyən şagirdlərin bəziləri ürək bulanması və başgicəllənmədən şikayətlənib.

Xalqcəbhəsi.az-ın Türkiyənin “milliyet.com.tr” saytına istinadən xəbərinə görə, özünü narahat hiss edən 37 şagird təcili yardımla Aydın Doğum və Uşaq Xəstəxanasına aparılıb. Zəhərlənmə şübhəsi ilə müalicə olunan şagirdlərin vəziyyətinin yaxşı olduğu bildirilir.

İstintaq başalanarkən Kənd Təsərrüfatı və Meşə İl Müdirliyinə bağlı qruplar araşdırma üçün məktəb yeməkxanasında satılan toyuqlu makarondan nümunələr götürüb.

Seçilən
8
xalqcebhesi.az

1Mənbələr