Kosmetoloq Natalya Ryabinova məsləhət görüb ki, hialuron turşusu olan məhsullardan istifadə etməklə inyeksiyalara müraciət etmədən qırışlardan xilas olmaq mümkündür.
Qaziler.az xəbər verir ki, “NEWS.ru” ilə söhbətində mütəxəssis kollagen peptidləri olan serumların göz altındakı qırışları aradan qaldırmağa kömək edəcəyini də vurğulayıb.
Yaxşı dəriyə qulluq məhsulları göz altındakı qırışlarla mübarizədə ciddi effekt verir. Məsələn, müəyyən tərkibə malik zərdablar: hialuron turşusu, kollagen peptidləri qırış və şişkinliyi aradan qaldıran xüsusi peptidlərlə zəngin olan vasitələr...”, - deyə kosmetoloq izah edib.
Kosmetoloq qeyd edib ki, aktiv peptidlər dərinin strukturunu gücləndirir və sıxır, aşkar qırışların sayını azaldır və kollagenin istehsal prosesini işə salır.
“Gözətrafı dəri üçün lazım olan gel və zərdablar kirpiklərin kənarından bir santimetr kənara çəkilməlidir. Hərəkətlər yüngül və yumşaq olmalıdır. Dəriyə qulluq məhsullarını yatmazdan əvvəl və ya səhər istifadə etmək yaxşıdır. Bir şeyi unutmamalıyıq ki, gel və zərdablardan davamlı istifadə etmək lazımdır, çünki onlar kumulyativ təsirə malikdir”, - Ryabinova vurğulayıb.
QAZİLER.AZ