AZ

Ukrayna kəşfiyyatından uğurlu əməliyyat – Moskvada qiymətli mütəxəssis qətlə yetirildi

Moskva vilayətində Ukrayna hərbi kəşfiyyatının xüsusi əməliyyatı nəticəsində Moskva Eksperimental Konstruktor Bürosunun baş konstruktor müavini və proqram təminatı şöbəsinin rəhbəri Mixail Şatski öldürülüb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya və Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Şatski Moskva vilayətinin Kuzminski meşə parkında killer tərəfindən güllələnib. KİV-in məlumatına görə, aparıcı konstruktor X-59 qanadlı raketlərini X-69 səviyyəsinə qədər təkmilləşdirir və yeni PUA-lar yaradırdı.

Ukrayna mediasının yazdığına görə, bu, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı olub.

Şatskinin işlədiyi konstruktor bürosu təyyarə və kosmik gəmilər üçün bortda avtomatik idarəetmə və naviqasiya sistemlərinin yaradılması üzrə ixtisaslaşıb. 2017-ci ilin dekabrından büro “Rosatom” dövlət korporasiyasının bir hissəsidir.

“AzPolitika.info”

Seçilən
41
azpolitika.info

1Mənbələr