AZ

Qukeş Dommaracu şahmat üzrə ən gənc dünya çempionudur

18 yaşlı hindistanlı qrossmeyster Qukeş Dommaracu şahmat üzrə dünya çempionu olub.

İdman.biz xəbər verir ki, şahmat tacı uğrunda görüşdə o, 17-ci dünya çempionu çinli Dinq Lirenə 7,5:6,5 hesabı ilə qalib gəlib.

Sinqapurda keçirilən qarşılaşmanın həlledici görüşündə hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gəlib. O, Vişvanatan Ananddan sonra şahmat üzrə ikinci hindistanlı dünya çempionu olub.

Qeyd edək ki, Qukeş Dommaracu 18-ci dünya çempionudur. Bundan əlavə, o, şahmat tarixində ən gənc dünya çempionu olub.

İdman.biz

Seçilən
9
7
idman.biz

9Mənbələr