AZ

Donald Tusk: Polşa atəşkəsdən sonra belə öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil


Polşa qoşunları mümkün atəşkəsdən sonra belə Ukraynaya daxil olmayacaq.

APA xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Varşavada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Polşa hərbçiləri atəşkəsdən sonra da heç bir miqyasda, o cümlədən sülhməramlılar kimi Ukraynaya daxil olmayacaq”, - Tusk deyib.

O Ukraynadakı müharibə ilə bağlı bütün Avropa ölkələri arasında ən ağır yükü Polşanın daşıdığını vurğulayıb.

Seçilən
27
3
apa.az

4Mənbələr