Hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat tacı uğrunda görüşdə çinli Din Lirenə qalib gələrək dünya çempionu olub.
Heftrelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, o, Sinqapurda təşkil olunan turnirin sonuncu – 14-cü oyununda rəqibini məğlub edib.
Yekunda Qukeş 7,5:6,5 hesablı qələbəyə sevinib.
Beləliklə, şahmatçı 18-ci dünya çempionu olub.