“Biz bu münaqişəni gücləndiririk” – Tramp
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kiyevi Rusiyaya Amerika istehsalı olan raketlər atdığına görə tənqid edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o “Time” jurnalına müsahibəsində deyib.
“Mən qətiyyən razı deyiləm. Niyə biz bunu edirik? Biz sadəcə olaraq bu münaqişəni gücləndiririk”, - Tramp deyib.
Siyasətçinin fikrincə, Yaxın Şərqdəki vəziyyət Ukraynadakı münaqişədən daha asan problemdir.
Tramp həmçinin Baydenin ATACMS raketlərini Rusiya Federasiyasının dərinliklərinə endirmək qərarını təhlükəli və axmaq adlandırıb: