AZ

Rusiya bu ərazilərdə kütləvi hücuma BAŞLAYACAQ – General AÇIQLADI

“Yaxın zamanda Taqanroqda ATACMS raketlərinin hücumlarına cavab olaraq kütləvi zərbələrə başlaya bilər”

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın ATACMS raketlərinə cavab olaraq niyə “Oreşnik”lərdən istifadə etməməsindən danışan general Vladimir Popov deyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi əməliyyatları yalnız düşmənin hücumlarına cavab verməklə məhdudlaşmır, Kremlin reallaşmalı olan maraqların və planları mövcuddur.

“Hərbi əməliyyatlar zamanı düşmən ərazilərinə zərbələr endirərkən strateji əhəmiyyət kəsb edən obyektlərin vurulmasına diqqət yetirilir. Əsas hədəf elektrik xəttləri və dəmir yolu infrastrukturudur. Yəni iqtisadi təzyiq elementləri formalaşdırılır.

“Oreşnik”in istifadəsi məsələsində isə yalnız xüsusi hallar nəzərə alınır. Çünki bu zərbələr yalnız yüksək əhəmiyyətli hədəflər üçün təyin edilib. Xüsusi vurğulamaq lazımdır ki, “Oreşnik” raketləri heç də ucuz deyil. Eyni zamanda hələ ki, SU-57 qırıcılarından da fəal istifadə edilmir. Ancaq yaxın zamanda Taqanroqda ATACMS raketlərinin hücumlarına cavab olaraq kütləvi zərbələrə başlaya bilər. Bir sözlə, gələcək perspektivdə belə zərbələrin miqyasının genişlənəcəyi də gözləniləndir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
17
yenicag.az

1Mənbələr