AZ

Dövlət xəstəxanasında növbə alveri edirlər - İDDİA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xəstəxanada ilk növbə yerləri satılır.
Oxu.Az xəbər verir ki, belə bir iddia sosial şəbəkədə müzakirə mövzusu olub.
İddia edilib ki, səhər tezdən xəstəxanaya gəlib növbə üçün qəbz götürənlər "qara bazar" qurub, onu sonradan gələn xəstələrə satırlar.
Oxu.Az-a açıqlamasında iddiaçı bildirib ki, söhbət Xırdalandakı dövlət xəstəxanalarından birindən gedir.
"Nə həkimi vaxtında gəlir, nə işçiləri yerindədir. Qeydiyyat şöbəsində 12 nəfərlik yerdə dörd nəfər işləyir. Bu da növbələrin hədsiz uzanmasına və xaosa səbəb olur".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, araşdırma aparılır, nəticəsi ilə bağlı məlumat veriləcək.
Əzizə İsmayılova
Seçilən
15
oxu.az

1Mənbələr