NUH.az-a daxil olan məlumata görə, bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Yeni Azərbaycan Partiyasının sədri Əlişah Rəcəbov, idarə və təşkilatların rəhbər şəxsləri, rayon ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə gələrək xatirəsini ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüblər.
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayonda ehsan süfrəsi təşkil olunub, ruhuna dualar oxunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunması naminə misilsiz tarixi xidmətlərindən bəhs olunub.
Hələ ötən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrdə dinamik inkişafa nail olduğu qeyd edilib. Xalqın çağırışı ilə 1993-cü ilin iyun ayında yenidən Azərbaycanın rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyevin ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas etdiyi, bütün sahələri bürümüş ağır böhranın, xaos və anarxiyanın aradan qaldırılmasını, ictimai-siyasi sabitliyi, demokratik hüquqi dövlət quruculuğunu təmin etdiyi, respublikamızı tərəqqi yoluna çıxardığı diqqətə çatdırılıb.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Azərbaycan Respublikasının Prezidentii cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin böyük tarixi nailiyyətlərə imza ataraq Zəfər zirvəsinə yüksəldiyi bildirilib.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.