AZ

FHN-in qurumlarında və regional mərkəzlərində Ümummilli Liderin anım günü ilə əlaqədar tədbirlər keçirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarında və regional mərkəzlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Publika.az xəbər verir ki, əvvəlcə iştirakçılar Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirlər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirlərdə çıxış edənlər dünya şöhrətli siyasətçi, Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin mənalı həyat və fəaliyyətindən ətraflı danışıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən bəhs ediblər. Ümummilli Liderin müdrik siyasəti nəticəsində dağılmaq, müstəqilliyini itirmək təhlükəsindən qısa müddət ərzində sürətli inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycanın beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildiyini fəxarət hissilə dilə gətirən natiqlər, indiki və gələcək nəsillər üçün əvəzsiz məktəb olan Dahi Rəhbərin mübarizə dolu həyatı və zəngin siyasi irsinin hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını qətiyyətlə bildiriblər.

phrase_var_article.chosen
26
10
publika.az

1phrase_var_article.sources