AZ

"Time" jurnalı Trampı "İlin adamı" elan etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Time" jurnalı ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa "İlin adamı" adını verib. Bu ənənə nəşr tərəfindən 1927-ci ildən davam edir. Redaksiya bu titulu son 12 ay ərzində dünyaya ən böyük təsir göstərən şəxsə verir.
Bu il fəxri ad üçün 10 namizəd olub, onların arasında "SpaceX" və "Tesla"nın qurucusu İlon Mask, ABŞ-nin ilk qadın vitse-prezidenti Kamala Harris, "Meta"nın rəhbəri Mark Zuckerberq kimi məşhur şəxslər olublar. Lakin 4 il sonra Ağ Evə sensasiyalı qayıdış edən 76 yaşlı Tramp bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, müxtəlif illərdə "Time"ın üz qabığında Barak Obama, Angela Merkel, Bill Klinton, Corc Buş və s. şəxsiyyətlər yer alıblar. Ancaq bəzən jurnal gözlənilməz seçim edib. Məsələn, 2006-cı ildə ilin adamı "Sən" (internet istifadəçilərinin ümumiləşdirilmiş obrazı), 1982-ci ildə isə "Kompüter" olub.
Seçilən
24
1
oxu.az

2Mənbələr