AZ

Tusk: Polşa atəşkəsdən sonra belə öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil

Polşa qoşunları mümkün atəşkəsdən sonra belə Ukraynaya daxil olmayacaq.

Bu barədə Polşanın Baş naziri Donald Tusk Varşavada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

\"Polşa hərbçiləri atəşkəsdən sonra da heç bir miqyasda, o cümlədən sülhməramlı kimi Ukraynaya daxil olmayacaq”, - Tusk deyib.

O, Ukraynadakı müharibə ilə bağlı bütün Avropa ölkələri arasında ən ağır yükü Polşanın daşıdığını vurğulayıb.
 
///apa
Seçilən
11
3
azxeber.com

4Mənbələr