AZ

Əsədin absurd qadağası qüvvədən düşdü - Suriyada türk lirəsi əsas valyutaya çevrildi

Suriyada 13 illik müharibədən sonra təkcə siyasi deyil, iqtisadi böhran da dərinləşib.

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriya lirəsinin böyük dəyər itirməsindən sonra türk kirəsi və dollar Suriyada gündəlik alış-veriş əmtəsinə çevrilib.

Suriya vətəndaşlarından birinin dediyinə görə, Əsəd dövründə ölkədə ancaq Suriya pulundan istifadəyə icazə verilib:"Başqa valyutalar qətiyyən qəbul edilmirdi. Suriya pulunu ancaq mərkəzi bankdan alırdıq. Pul dövlətin nəzarətində idi".

Qeyd edək ki, Bəşər Əsəd 20 iyun 2024-cü ildə Suriya lirəsindən başqa bütün valyutaları qadağan edən qanunu təsdiqləyib. Bu qanuna görə, Suriya vətəndaşları istənilən məhsul və ya xidməti almaq üçün Suriya lirəsindən istifadə etməli idilər. Dəyərdən düşmüş bu valyuta ilə alış-veriş alıcılıq qabiliyyətini xeyli məhdudlaşdırırdı. Bu qadağaya əməl etməyən şəxslər isə həbs cəzasına məhkum edilirdilər.

"AzPolitika.info"

Seçilən
22
azpolitika.info

1Mənbələr