AZ

Roma Papası Korsika xalqının Fransa ilə mübarizəsinə laqeyd qalmamalıdır...

Image

Mübariz Göyüşlü: “Bu müraciət Fransanın müstəmləkəçilik siyasətinə növbəti zərbə kimi qiymətləndirilməlidir”

Məlum olduğu kimi, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Roma Papasına müraciət ünvanlayıb. Müraciət Korsikanın dekolonizasiyası prosesinə dəstək üçün edilib. 

Müraciətdə deyilir: “Təşkilatın əsas məqsədi dekolonizasiya proseslərini dəstəkləmək, müstəmləkəçilik və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır. Xalqların xarici əsarətə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının pozulmasıdır, BMT Nizamnaməsinə ziddir və tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir.BTQ, hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkə və ərazilərdən olan müstəqillik tərəfdarlarının siyasi partiya və hərəkatlarından nümayəndələri bir araya gətirən beynəlxalq platformadır. Lakin bəşər tarixinə damğasını vurmuş saysız-hesabsız fəlakətlər arasında müstəmləkəçiliyin XXI əsrdə də dini, etnik, coğrafi və mədəni sərhədləri aşaraq davam etdiyini müşahidə etmək dərin məyusluq doğurur”.

“Müstəmləkəçilik bəşəriyyət üçün olduqca ciddi bir bəladı, sevindirici haldır ki, ölkəmiz bununla bağlı ciddi iş aparır və gündəmdə saxlamağı bacarır”

Müraciətlə bağlı fikir bildirən Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Bakı Təşəbbüs Qrupunun bu cür çalışmaları təqdir olunmalıdır: “Hesab edirəm ki, bu cür müraciətlər dünyadakı nüfuzlu adamların məlum problemə diqqətini daha da artıracaq. Nəzərə almaq lazımdır ki, müstəmləkəçilik bəşəriyyət üçün olduqca ciddi bir bəladır. Sevindirici haldır ki, ölkəmiz bununla bağlı ciddi iş aparır və gündəmdə saxlamağı bacarır. Hətta Papa kimi nüfuzlu şəxslərin məlum məsələdən xəbərdar olması və bu cür müraciətlərə reaksiya verməsi proseslərin irəliyə doğru getməsindən xəbər verir. Zənnimcə, Bakı Təşəbbüs Qrupunun məlum fəaliyyəti genişlənə bilər”.

Ekspert hesab edir ki, bu müraciət Fransanın müstəmləkəçilik siyasətinə növbəti zərbə kimi qiymətləndirilməlidir.

Günel CƏLİLOVA





phrase_var_article.chosen
33
baki-xeber.com

1phrase_var_article.sources