Şri-Lankaya səyahət edən çinli turistin başına iş gəlib.
Gundem.az xəbər verir ki, qatarda sosial şəbəkədə paylaşmaq üçün video çəkmək istəyən qız yıxılıb.
Onun başına gələn bu xoşagəlməz hal ətrafdakılar tərəfindən görüntülənib. Xoşbəxtlikdən o ağac budaqlarının və bitkilərinin üzərinə yıxılıb, müxtəlif xəsarətlərlə canını qurtarıb.
Şahidlərin sözlərinə görə o qatarın pəncərindən bayıra düşüb. Turist yıxıldıqdan sonra qatar dayandırılıb.
Bu hadisədən sonra yerli polis bütün sərnişinlərinə təhlükəsizlik xəbərdarlığı yayıb.
Xüsusilə şəkil və ya video çəkmək üçün təhlükəli davranışlardan çəkinmək və təhlükəsizlik qaydalarına riayət etmək barədə xəbərdarlıqlar verilib.
Son illərdə sosial şəbəkələrdə tanınmaq üçün təhlükəli davranışlar göstərən turistlərin sayı getdikcə artır.
Bu yaxınlarda Çinin Dalian şəhərində də belə bir hadisə baş verib.
Mütəxəssislər qeyd edirlər ki, sosial şəbəkələr üçün təhlükəli davranışlar göstərən insanlar həm özlərini, həm də ətrafdakıları təhlükə altına atırlar.
Bu cür davranışlar ciddi xəsarətlərə, hətta ölümlərə səbəb ola bilər.