AZ

Blinken sabah təcili Ankaraya gəlir - Hakan Fidan bu 7 kritik mesajı verəcək

ABŞ dövlət katibi Entoni Blinken sabah Türkiyənin xairici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlir.

"CNN"-nin Türkiyə xidməti yazır ki, müxalifətin Suriyada terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələri, o cümlədən Menbic və Deyr əz-Zor bölgələrini təmizləməsi ABŞ-ni narahat edib. Nəşr qeyd edir ki, Blinken son hadisələri xarici işlər naziri Hakan Fidanla birlikdə dəyərləndirmək uçub Ankaraya səfər edir.

"CNN"-ə görə, H. Fidan sözügedən görüşdə Blinkenə 7 kritik mesaj verəcək.

- Biz yeni və kritik bir mərhələdən keçirik;

- Suriyada nizamlı keçid prosesi lazımdır;

- Ölkənin daha da qeyri-sabitliyə və parçalanmaya sürüklənməsinin qarşısını almaq vacibdir;

- Suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq vacibdir;

- Keçid prosesinin problemli olmaması üçün beynəlxalq maraqlı tərəflərin də rolu var;

- Lazımi humanitar yardım və siyasi dəstək göstərilməlidir;

- Hadisələrin yeni reallığı nəzərə alaraq istiqamətləndirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla bütün platformalarda intensiv səylərə ehtiyac var.

"AzPolitika.info"

Seçilən
23
azpolitika.info

1Mənbələr