“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin VI turunda bu gün “Elsfborq”un qonağı olacaq. İsveçdə baş tutacaq görüşə saat 00:00-da start veriləcək.
Veteran futbolçu Yaşar Vahabzadə “FutbolPress”ə açıqlamasında matçdan gözləntilərini bölüşdü:
“Qarabağ”a uğurlar arzu edirəm. Yaxşı oyun, yaxşı nəticə gözləyirəm. Rəqib meydançası süni örtüklüdür, çətinlik olacaq. Həm də komandanın müdafiəsində itkilər var. Lakin “Qarabağ” bunun öhdəsindən gələ bilər. Komanda şəklində müdafiə olunan zaman diqqətli olmaq lazımdır. Hücumda yaxşıdırlar, amma arxada da diqqəti əldən vermək olmaz. “Qarabağ”ın yaxşı oynayıb, qələbə qazanacağına inanıram”.